Modern.az

Putinin "hərbi ittifaqı" məhv edilən erməni helikopteri ilə bağlı məsələni müzakirəyə çıxaracaq

Putinin "hərbi ittifaqı" məhv edilən erməni helikopteri ilə bağlı məsələni müzakirəyə çıxaracaq

Təhsil

28 Noyabr 2014, 18:29


Bu gün Ermənistana səfərə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja prezident Serj Sərksiyanla görüş keçirib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər KTMT Şurasının qarşıdan gələn sessiyasını müzakirə ediblər.   Nikolay Bordyuja noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana məxsus Mİ-24  hərbi helikopterini məhv etməsindən sonra yaranmış situasiyanı KTMT-nın Şurasının sessiyasında müzakirəyə çıxarılacağını bildirib.   Bundan başqa, Bordyuja və Sərkisyan Cənubi Qafqazdakı hərbi vəziyyəti və “Ebola” virusunun qurumun sərhədlərinə yaxınlaşma riskini müzakirə ediblər.  

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il  aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan  KTMT-də daha beş il  qalmaqdan imtina edib və sazişi imzalamayıb.     

2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.           

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı