Modern.az

Roma Papası Türkiyədə bəyanat verdi: “Dialoqa ehtiyac var”

Roma Papası Türkiyədə bəyanat verdi: “Dialoqa ehtiyac var”

Təhsil

28 Noyabr 2014, 20:55



Roma Papası Francisk noyabrın 28-də Türkiyəyə gəlib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Papanın səfəri 3 gün davam edəcək.  
Papa Fransisk Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Prezident sarayında keçirilən mətbuat konfransında Qərbdə islamafobiyanın artdığına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan mətbuatın müsəlmanların zorakılıq tərəfdar kimi qələmə verdiyini və bunun irqçiliyin güclənməsinə səbəb olduğunu bildirib.

İŞİD, Əl-Qaidə, Boko Haram kimi qruplaşmaların yanlış siyasət nəticəsi olaraq ortaya çıxdığını deyən Türkiyə prezidenti hazırda Suriyada və Qəzza bölgəsində dövlət terrorunun, Əl-Əqsa məscidində isə təxribatların davam etdiyini və Qərbin buna göz yumduğunu qeyd edib.

Çıxışında Suriya və İraqdakı hadisələrə münasibət bildirən Roma Papası Fransisk beynəlxalq hüquq çərçivəsində haqsız hücumlarla mübarizədə sadəcə hərbi müdaxilənin yetərli olmayacağını, problemlərin həlli üçün bölgədə qarşılıqlı etimada söykənən ortaq fəaliyyətin vacibliyini vurğulayıb.

Papa bəyan edib ki, dünyada sülh üçün dinlərarası dialoqa ehtiyac var. Papa Francisk din və ifadə azadlığının, dini teolerantlığın hər kəs üçün çatımlı olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məhz bu yolla fanatizm və fundamentalizmi dəstəkləyən və qızışdıran ayrı-seçkilikllərə, irrasional qorxulara və yanaşmalara qarşı bütün inanclılar birgə mübarizə aparmalıdır.

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı