Modern.az

Putinin tərəfdarları Yanukoviçi qovmağı tələb etdilər

Putinin tərəfdarları Yanukoviçi qovmağı tələb etdilər

Təhsil

28 Noyabr 2014, 22:37
Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Valeri Yakuşev hesab edir ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç vətənində mühakimə olunmalıdır. Modern.az bildirir ki, bunu deputat noyabrın 28-də “Danışır Moskva” radiostansiyasına deyib: “Yanukoviçə Rusiyada yer olmamalıdır. Bu adan bütün Ukrayna xalqını satıb və qaçıb, onu tapmaq və evində mühakimə etmək lazımdır. Biz onu dəstəkləməməliyik”.
Onun sözlərinə görə, Yanukoviç kimi siyasətçilərə Rusiya Federasiyasında sığınacaq verilməməlidir: “Burada gizlənmək istəyən və normal işləyən adama kömək etməyən kimsəyə Rusiyada yer olmamalıdır”.

Bundan əvvəl Rusiya Kommunist Partiyasından olan deputat Valeri Raşkin Rusiya hakimiyyətinə Pşonka və Azarov kimi “əlləri təmiz olmayan” ukraynalı siyasətçilərin Ukraynaya təhvil vereilməsini təklif edib.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç fevralın 22-dən 23-nə keçən gecə ölkəsindən qaçıb. Rusiyada olduğu müddətdə bir neçə dəfə Ukrayna xalqına özünün “legitim” olması haqda müraciət edib. Martın 1-də isə Yanukoviç Rusiya prezidentinə öz ordusundan Ukraynada istifadə etmək üçün müraciət edib. Oktyabrın 3-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Yanukoviçin ailəsinə bu ölkənin vətəndaşlığını verib.




Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı