Modern.az

Azərbaycanda itkin düşmüş tibb bacısının qətlə yetirildiyi müəyyənləşib

Azərbaycanda itkin düşmüş tibb bacısının qətlə yetirildiyi müəyyənləşib

Təhsil

29 Noyabr 2014, 12:07


24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonu, Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirib.

Həmin məlumat əsasında şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlmiş və S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulub.  Sonuncunun deməsinə görə o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürüb və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı