Modern.az

Ukraynada xarici vətəndaşlar nazir olacaqlar

Ukraynada xarici vətəndaşlar nazir olacaqlar

Təhsil

29 Noyabr 2014, 13:20

Ukrayna prezidenti Pyotr Poroşenko xarici ölkə vətəndaşlarını dövlət vəzifələrinə, o cümlədən nazir kürsüsünə təyin etməyə icazə verən qanun layihəsini Ali Radaya göndərib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko çıxışında ölkənin daxili işlər nazirinin müavini və antikorrupsiya bürosunun rəhbəri postlarına xarici ölkə vətəndaşlarını gətirmək istədiyini bildirib. Ukrayna mətbuatının məlumatına görə, ölkənin daxili işlər nazirinin müavini postuna Gürcüstanın keçmiş ədliyyə naziri və baş prokuroru Zurab Adeişvilinin gətirilməsi planlaşdırılır.

“Pyotr Poroşenkonun Bloku”nun Ali Radadakı fraksiya rəhbəri Yuri Lutsenko isə deyib ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində xarici ölkə vətəndaşlarının sayı 4-dən çox olacaq.

Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov Pyotr Poroşenkonun təşəbbüsünə ironiyalı reaksiya verib. “Poroşenkodan yenilik! Daxili işlər naziri postuna Saakşvilinin dostu olan gürcü namizəddir. Bəs, niyə Saakaşvilini baş nazir etməyəsiniz?” - deyə Puşkov öz twitter səhifəsində yazıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı