Modern.az

“Azərsu” Leyla Əliyevanın təşəbbüsünə qoşuldu

“Azərsu” Leyla Əliyevanın təşəbbüsünə qoşuldu

Təhsil

29 Noyabr 2014, 14:20

İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi də qoşulub. Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 29-da  Hövsan Aerasiya Stansiyasında  ağacəkmə aksiyası keçirilib.

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunan ağacəkmə aksiyasında  400 ədəd zeytun, 400 ədəd eldar şamı tingi əkilib, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib, abadlıq işləri aparılıb. Tədbirdə “Azərsu” ASC-nin və Suraxanı Rayon İcra Hakimiyyətinin 100-dək əməkdaşı iştirak edib.

Qeyd edək ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir.
“Ümumrespublika yaşıllaşdırma” marafonu  yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə töhfələr verməkdədir.

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunmasına töhfələr verən  “Azərsu” ASC  yaşıllaşdırma tədbirlərini bundan sonra da davam etdirmək niyyətindədir.






Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı