Modern.az

“Bu evdə Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunub”

“Bu evdə Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunub”

Təhsil

29 Noyabr 2014, 14:52


Milli Məclisin deputatları Fuad Muradov və Rövşən Rzayev Luksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin ölkənin paytaxtı olan Lüksemburq şəhərində məlumat bürosunun açılışında iştirak ediblər. 

Modern.az saytı xəbər verir ki, Fuad Muradov açıqlamasında  şəhərin mərkəzində yerləşən bu evdə Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təmsil olunduğunu bildirib.  

Açılış mərasimində Luksemburqun siyasi və biznes elitasının nümayəndələri iştirak edib.  Heydər Əliyev Fondunun Mədəniyyət Mərkəzinə təqdim etdiyi 3 min kitabda Qarabağ haqqında ətraflı məlumatlar əks olunub. Həmin Mədəniyyət Cəmiyyəti Azərbaycan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi haqqında tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, tanıtma məqsədi daşıyan tədbirlərin təşkili ilə məşğul olacaq.  

Tədbirdə səslənən çıxışlarda Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü  siyasət təqdir olunub və bu siyasətin bu gün regionda sabitlik amili kimi çıxış etdiyi vurğulanıb.

Milli Məclisin deputatları Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verərək, Azərbaycan həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.

Lüksemburq dünyanın “10-luğ”una düşən ölkə olduğunu nəzərə alsaq, burada “Qarabağ Evi”nin açılması  təqdirəlayiq saymaq olar. Bu büro avropalıya ölkəmiz haqqında daha dolğun məlumat almasına imkan verəcək.

Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı