Modern.az

Azər Kərimli İtaliyada beynəlxalq konfransa hazırlığı müzakirə edib – FOTOLAR

Azər Kərimli İtaliyada beynəlxalq konfransa hazırlığı müzakirə edib – FOTOLAR

Təhsil

29 Noyabr 2014, 15:58

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli İtaliyada səfərdə olub.

Modern.az saytının məlumatına görə 25-28 noyabrda  səfər çərçivəsində İtaliya Senatında görüşlər keçirilib. İtaliya Senatı Prezidentinin müavinləri xanım Linda Lanzillotta və cənab Maurizio Gasparri, İtaliya Senatının Müdafiə Komitəsinin sədri cənab Nikola Lattore və Büdcə və Maliyyə Komitəsinin rəhbəri Mauro Marino, İtaliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sergio Divina ilə görüslər olub.

Görüşlərdə parlamentlərarası münasibətlər , Azərbaycan Milli Məclisinin  və İtaliya Senatının dekabr ayının 10-da Romada  “İslam adət-ənənəli ölkələrdə digər dinlərin mövcudluğu: Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycanın timsalında” mövzusunda birgə təşkil etdiyi   beynəlxalq konfransa hazırlıq müzakirə edilib.


Modern.az    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı