Modern.az

Türk nazir: “Dünyanın kürə formasında olmasını müsəlmanlar kəşf edib”

Türk nazir: “Dünyanın kürə formasında olmasını müsəlmanlar kəşf edib”

Təhsil

29 Noyabr 2014, 16:05


Rəcəb Tayyib Ərdoğanın  “Amerikanı müsəlmanlar kəşf edib” iddiasından sonra Türkiyənin daha bir rəsmi şəxsi maraqlı açıqlama ilə diqqət çəkib.

Modern.az  türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Elm,  Sənaye və Texnologiya naziri Fikri  İşıq maraqlı bir elmi iddia irəli sürüb. Türkiyənin bir sıra rəsmilərinin də iştirak etdiyi toplantıda F. İşıq Yerin kürə formasında olmasını ilk dəfə müsəlmanların kəşf etdiyini dilə gətirib.

Onun sözlərinə görə Qalileo Qalileydən 700 il əvvəl xəlifə Məmunun başçılığı altında 71 islam alimi rəsədxanada dünya barəsində araşdırmalar apararaq bu qənaətə gəliblər.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı