Modern.az

Türkiyənin Yunanıstandakı baş konsulluğuna hücum oldu

Türkiyənin Yunanıstandakı baş konsulluğuna hücum oldu

Təhsil

30 Noyabr 2014, 19:18

Yunanıstanın Selanik şəhərindəki Türkiyənin baş konsulluğuna üzləri maskalı şəxslər tərəfindən Molotof kokteyl ilə hücum təşkil olunub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Atatürkün doğulduğu evin də yerləşdiyi baş konsulluq binasının önündəki polis məntəqəsi ilə yenə eyni bölgədəki bir polis avtobusuna, üzləri maskalı şəxslər tərəfindən şüşədə partlayıcı atılıb.

Baş konsulluq rəsmilərindən verilən məlumata görə, təcavüzkarlar 20 dəqiqə ərzində ən azı 5 şüşə partlayıcı atıb. Polisin, səs və qaz bombaları ilə qarşılıq verdiyi təcavüzkarlar Aristotel Universitetinə doğru qaçıb. Təcavüzkarlar yol üzərindəki zibil konteynerlərinə da atəşə verib. Hücumda can itkisi və ya yaralanma olmadığı, küçədə saxlanılan bəzi avtomobillərə maddi ziyan dəyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı