Modern.az

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək

Təhsil

1 Dekabr 2014, 13:14


ABŞ Senatında Azərbaycana yeni səfir təyinatı ilə bağlı yenidən dinləmə keçiriləcək. Modern.az saytının məlumatına görə dinləmələr dekabrın 4-də baş tutacaq.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ölkəsinin Azərbaycandakı yeni səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanı təyin etmək istəyir.

Xatırladaq ki, bu ilin  sentyabr ayında da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ölkənin Azərbaycandakı yeni səfiri postuna namizəd Robert Sekuta ilə bağlı dinləmələr keçirilib.

Modern.az      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz