
Noyabrın 29-da Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində Hədiməxatun Səfərova və onun bacısı Səma yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Digər məlumata görə, noyabrın 30-da Binəqədi rayonu ərazisindən Xanım İslamova, onun oğlu Nihat, Gülgəz Mehdiyeva, onun oğlu Mətin və qızı Mədinə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərilib.
Noyabrın 30-da Gəncə şəhər sakini Arzu Aslanov Sumqayıt şəhərində kirayədə yaşadığı “Qurd-Dərəsi” adlanan bağlar sahəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.
Həmin gün digər Gəncə şəhər sakini Orxan Məcidzadə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Modern.az