Modern.az

Akif Təvəkküloğlunun yaşı üstünə yaş gəldi - FOTOLAR

Akif Təvəkküloğlunun  yaşı üstünə yaş gəldi - FOTOLAR

Təhsil

1 Dekabr 2014, 13:57


Dekabrın 1-də Milli Məclisin mətbuat katibi  Akif Təvəkküloğlunun 52 yaşı tamam olub.

Modern.az- ın məlumatına görə, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.
1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib.
2006-cı ilədək  Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Akif Təvəkküloğlu Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə Akif Təvəkküloğlunun xidmətləri danılmazdır.









Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı