Çin Xalq Respublikasında keçirilən “Böyük İpək Yolu Arzusuna doğru- Avrasiya Gənc Liderlərinin Görüşü” başa çatıb. Modern.az xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iştirak etdiyi bu beynəlxaq konfrans çərçivəsində Belarus, Qırğızstan, Qazaxstan, Rusiya, Özbəkistan, Türkmənistan, Taciksitan nümayəndə heyətlərinin 51 nəfərlik qrupu Çinin 5 şəhərində olmaqla 3 vilayətinə səfər edib, qədim ipək yolunun başlandığı və keçdiyi ərazilərlə tanış olublar.
Toplantı çərçivəsində Sian Manifesti qəbul olunub. Nümayəndə heyətləri İpək Yolunun ölkələr arasında yeni kommunikasiya və dialoq vasitəsi kimi təbliğinə dair razılıq əldə ediblər.Çin 2013-cü ildən başlayaraq “Yeni İpək Yolu” adlı çoxşaxəli iqtisadi və humanitar layihəyə star verib. Bu layihə Çinin xüsusi olaraq Orta Asiya, o cümlədən Rusiya və son olaraq Avropaya nəqliyyat dəhlizlərərinin və infrastruktunun gücləndirilməsi və gənclər arasında mübadilə proqramlarının yaradılmasını nəzərdə tutur. Bunu üçün Çin höküməti ilkin büdcəsi 40 milyard dollar olan “İpək Yolu” Fondu yaradılıb. Bu Fond bir sıra beynəlxalq layihələrin icrasına yardım edəcək.
“Böyük İpək Yolu” BGİ həmin fond çərçivəsində gənc fəallar, gənclər təşkilatları və tələbələr üçün İpək yolu ölkələri ərazisində qısa və uzun müddəli mübadilə proqramları və könüllülük fəaliyyətinin göstərilməsi üçün xüsusi strukturun yaradılmasını təklif edib. Təklif qəbul olunub.
Qeyd edək ki, Avrasiya regionunda yerləşən dövlətlərin gənc liderlərinin iştirakı ilə keçirlən bu dostluq görüşündə Azərbaycan ilk dəfədir iştirak edib. Ölkəmizi beynəlxalq konfransda qurumun baş katibi Aydan Kərimli olmaqla “Böyük İpək Yolu” BGİ təmsil edib. Toplantı ÜmumÇin Gənclər Federasiyasının təşəbbüsü ilə keçirilib.
Görüşün məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc liderləri arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirmək, eyni zamanda Avrasiya regionunda fəaliyyət göstərən gənclər təşkilatları arasında əməkdaşlığı genişləndirməkdir.
1949-cu ildə yaradılmış ÜmumÇin Gənclər Federasiyası ölkənin ən böyük gənclər təşkilatıdır.
Qurumun tərkibinə 52 üzv-təşkilat və yüz min fərdi üzv daxildir.
“Böyük İpək Yolu” BGİ 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər təşkilatının iştirakı ilə Bakıda təsis olunub.
Qurumun məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında humanitar, mədəni sahədə əməkdaşlığın yaradılmasıdır.
ÜmumÇin Gənclər Federasiyası 2013-cü ildən etibarən “Böyük İpək Yolu” BGİ-nin Çində rəsmi nümayəndəsidir.