Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki «Cümə» məscidinə noyabrın 26-da yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədən 2 nəfəri saxlayıb. MTN-in rəsmi açıqlamasına görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılb. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.
Modern.az saytı xəbər veri ki, həbs olunanlardan birnin kimliyi maraq doğuru. Söhbət Namiq Nəsibovdan gedir - Azərbaycanda PKK terror təşkilatının yorulmaz təbliğatçısı, PKK lideri Öcalan aşiqi "gerilla".
Milliyətcə kürd olan N.Nəsibov su yoluna döndərdiyi İraqda, Suriyada gördüklərini bir cizgi filmi sayaraq bu ölkələrdəki məsləkdaşlarının əməllərini Azərbaycanda sınaqdan keçirmək həvəsinə düşübmüş...
Sosial şəbəkələrdə yayılan məlumata görə, N.Nəsibov hətta bu yaxınlarda Bakıda "Yekbun" adlı təşkilat da qurub.
MT-nin məlumatına görə, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıb. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.
Yeri gəlmişkən, Namiq Nəsibov vaxtilə hansısa xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı almış Kamil Nəsibovun oğludur.
Aşağıdakı şəkilə diqqətlə baxın: üzərində PKK terror təşkilatının lideri Abdulla Öcalanın rəsmi olan köynək geyinmiş Namiq Nəsibov başının üstündən də PKK bayrağı asıb.



Modern.az