Modern.az

TQDK sabah Hərbi Akademiyaya imtahan keçirəcək

TQDK sabah Hərbi Akademiyaya imtahan keçirəcək

Təhsil

1 Dekabr 2014, 16:39

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir.

Komssiyadan Modern.az-a bildirilən məlumata görə, dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.

İmtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunub. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqları olacaq.

Məltəm TALIBZADƏ

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı