Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az saytı xəbər verir ki, Türkiyənin prezident iqamətgahında 1.5 saatlıq qapalı görüşdən sonra hər iki prezidentin iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası başlayıb.
Putin və Ərdoğanın görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.Qeyd edək ki, Rusiya liderinin Türkiyəyə gəlişi bu ölkədə fəaliyyət göstərən Krım-tatar cəmiyyəti və gəncləri tərəfindən etirazla qarşılanıb.
Modern.az