Modern.az

Soçidə əldə edilən razılıqların konkret detalları YOXDUR: ABŞ əngəl olur, Fransaya hörmət qoyulmur

Soçidə əldə edilən razılıqların konkret detalları YOXDUR: ABŞ əngəl olur, Fransaya hörmət qoyulmur

Təhsil

1 Dekabr 2014, 23:44

 

“Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşündə şifahi razılıqlar əldə edilib. Amma bu razılaşmalaq hələ imzalanmayıb”. Modern.az az saytının məlumatına görə bunu Ermənistan mətbuatına müsahibəsində  Dövlət Dumasının keçmiş deputatı, Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Ekspertin sözlərinə görə prezidentlərin Soçi görüşündə Qarabağ münaqişəsinin nizama salınması üzrə razılaşmanın tərtib olunmasına dair fikir mübadiləsi aparılıb və bu şafahi şəkildə reallaşıb.

Politoloqun fikrincə, məhz Soçi görüşündəki razılaşmadan sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət prinsipial olaraq dəyişib.  

Sergey Markov hesab edir ki, Qarabağ probleminin həlli istiqamətində irəliləyiş müşahidə edilsə də, bu, hələ razılaşma səviyyəsinə qalxmayıb:

“Çünki münaqişənin  hansı prinsiplərlə nizama salınmasına dair detallar haqqında konkret razılaşma yoxdur. Rusiya münaqişə tərəflərinə dalandan çıxmağa kömək etməyə çalışır. Azərbaycana ərazilər, Ermənistana isə blokadadan çıxmaq lazımdır. Güzəştlər üçün şərtlər mövcuddur”,-deyə şərh edib.  

Rus analitik Dağlıq Qarabağ konfliktinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın isə məsələ ilə bağlı olduqca zəif və ABŞ-dan asılı siyasət apardığı qənaətindədir. O bildirib ki, Fransanın fikirlərinə hörmət yoxdur.  

“Minsk qrupunun digər həmsədr ölkəsi ABŞ isə işləri iflic edir. Son illər ərzində ABŞ Qarabağ münaqişəsi məsələsində dağıdıcı siyasət aparır, Ermənistanla Azərbaycan arasında güzəştlərin əldə edilməsinə mane olur. Azərbaycan, Rusiya və Ermənistan anlayır ki, Qarabağ münaqişəsin tənzimlənməsi istiqamətində ABŞ-sız işləməlidir”.  

Aqşin Kərimov        


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı