QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond 2002-ci ildən başlayaraq dünyanın 140-dan çox ölkəsinə bu xəstəliklərə qarşı mübarizədə 30 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
Azərbaycanda Səhiyyə və Ədliyyə nazirlikləri 2005-ci ildən başlayaraq Qlobal Fondla üç xəstəliyə qarşı mübarizədə əməkdaşlıq edir.
Cari ilin noyabr ayının 21-22 tarixlərində Qlobal Fondun Direktorlar Şurasının növbəti iclası keçirilib. Dünyanın bütün ölkələrindən olan 200 nəfərdən çox insanın iştirak etdiyi iclasda 2015-2017-ci illərdə Qlobal Fondun dünyanın 140-dan çox ölkəsi ilə QİÇS, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizədə əməkdaşlıq siyasəti, maliyyələşdirmə mexanizmi, əməkdaşlıq üçün yeni hüquqi platforma və digər vacib protokol və stratji sənədlər müzakirə olunub Şura tərəfindən təsdiqlənin.
Üç xəstəliyə qarşı mübarizədə dünyada beynəlxalq maliyyə yarıdmı göstərən ən böyük qurum olan Qlobal Fondun aparıcı üç Komitəsindən biri, Maliyyə və Inzibati İdarəetmə komitəsinə cari ilin mart ayından 2 il müddətində Səhiyyə Nazirliyinin Azərbaycanda beynəlxalq layihələr üzrə ölkə əlaqələndirmə komissiyasının sədr müavini Soltan Məmmədov sədrlik edir.
Qlobal Fondun Maliyyə Komitəsinin sədri Qlobal Fondun 2016-2018-ci illərdə Azərbaycanda Səhiyyə və Ədliyyə nazirliyikləri ilə əməkdaşlığını davam etdirəcəyini və Azərbaycanın hal-hazırda bütün regionda maliyyə davamlılığını təmin edən nümunəvi ölkə olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Qobal Fond QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ölkələrə illik olaraq 4 milyard dollardan çox maliyyə yardımı göstərir. Hal-hazirda Qobal Fondun maliyyə dəstəyi ilə 7 milyona yaxın insan antiretrovirus müalicə ilə təmin olunmuş, 12 milyondan çox ilkin vərəm xəstəsi aşkarlanmış və müalicəyə cəlb olunmuş və 410 milyon malyariya ilə bübarizə üçün miçətkən paylanmışdır. Qlobal Fond ölkələrdə bu xəstəliklərlə mübarizədə səhiyyə sisteminin gücləndirilməsi tədbirlərinə daimi olaraq prioritet məsələ kimi baxır və həyata keçirilən tədbirlərin hər zaman ölkənin mövcud milli strategiyasına qaynaqlandığını əldə olunacaq uğurun əsas təminatçısı kimi qəbul edir.
Modern.az