Modern.az

Jurnalistlər üçün təlim keçirildi - FOTO

Jurnalistlər üçün təlim keçirildi - FOTO

Təhsil

2 Dekabr 2014, 11:20


Multimedia Mərkəzi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Nar Mobile şirkətinin dəstəyi ilə bloggerlər, jurnalistlər və media sahəsində çalışanlar üçün “İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsi çərçivəsində oktyabrın 27-31-də təlim keçirilib. Milli Dirçəliş Hərəkatı Partiyasından sədrin köməkçi müşaviri Leyla Cahangirova da həmin təlimə qatılıb.

O, İnformasiya Cəmiyyətinin Jurnalisti təlimini uğurla başa vurduğu üçün,  noyabrın 28-də keçirilən təqdimat mərasimində sertifikat alıb.

Leyla Cahangirova həmçinin “Online Media 2014” müsabiqəsinə öz “Asan Hökumət (E-asy gov)” yazısı ilə qatıldığı üçün mükafatlandırılıb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı