Modern.az

Anadolu Agentliyinin baş direktoru istefa verdi

Anadolu Agentliyinin baş direktoru istefa verdi

Təhsil

2 Dekabr 2014, 12:42

Türkiyənin Anadalu Agentiliyinin baş direktoru Kamal Öztürk vəzifəsindən istefa verib.  Modern.az saytının məlumatına görə, bu haqda Anadalu Agentiliyinin İdarə Heyətinin açıqlamasında bildirilib. Məlumatda qeyd olunub ki, Öztürkün agentliyin bugünki inkişafında, təşkilatın  beynəlxalq səviyyəyə gəlməsində böyük əməyi  olub.

Qurumun məlumatında bildirilir ki, Anadolu Agentliyi hazırda Türkiyənin ən yaxşı media təşkilatları arasındadır.  Anadolu Agentliyinin bu gün 45 ölkədə abunəsi var.

Türkiyənin beynəlxalq markalarından biri halına gələn agentliyin bu gün 86 ölkədə təmsilçiliyi var.
Agentliyin İdarə heyəti qazanılan uğurlara görə,  Kamal Öztürkə  təşəkkür edib, ona yeni iş həyatında uğurlar arzulayıb.

Kamal Öztürk Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat  xidmətinində çalışıb. 2011-ci ilin fevral ayında bu vəzifəsindən ayrılıb. Həmin ilin avqust ayının  3-də Anadolu Agentliyi İdarə heyətinin rəhbəri və baş direktor vəzifəsinə təyin edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı