Bu gün Ukrayna Ali Radasında yeni hökumətin formalaşması ilə bağlı müzakirələr aparılacaq. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni hökumətdə bir neçə əcnəbi nazirin olması gözlənilir. İlk növbədə onlara ölkənin ən korrupsiyalaşmış vəzifələrinin verilməsi gözlənilir. Bu zaman onların hər birinə 80 min dollar qonorarın ödənilməsi planlaşdırılır.
Ukrayna mətbuatının məlumatına görə, iqtisadiyyat naziri postuna litvalı biznemsen Ayvaras Abromaviçus namizəddir. Vilnüs şəhərindən olan 38 yaşlı Abromaviçus İsçevin “East Capital” investisiya şirkətinin səhmdarlarından biridir.
Yeni Ukrayna hakimiyyətinin güc strukturlarına nəzarət isə gürcüstanlı xanım Eki Zquladzeyə həvalə oluna bilər. Zquladze analoji postu Mixail Saakaşvilinin prezidentliyi zamanı doğma Gürcüstanda icra edib. Məhz Eki Zquladzenin zamanında Gürcüstan Daxili İşlər Nazirliyində ciddi islahatlar aparılıb və nazirliyin 85 min işçisindən 75 mini ixtisar olunub.
Saakaşvili komandasının daha bir üzvünü - keçmiş ədliyyə naixri və Gütcüstanın baş prokuror olan Zurab Adeişvilini də rəsmi Kiyev nazir kürsülərindən birinə gətirmək istəyir. Maraqlıdır ki. Ukraynada Milli Antikorrupsiya Bürosunun rəhbəri postuna gətiriləcək Adeişvili hazırda Gürcüstanın hüquq-mühafizə orqanları və İnterpol tərəfindən “vəzifə səlahiyyətlərini aşma” və “məhbuslarla qeyri-insani davranma” ittihamları ilə axtarışa verilib.
Gürcüstanın sabiq səhiyyə naziri və bir neçə il Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsini tutan Aleksandr Kvitaşvili isə bu dəfə Ukraynanın səhiyyə naziri təyin oluna bilər.
Prezident Pyotr Poroşenko Mixail Saakaşviliyə baş nazirin müavini postunu təklif etsə də, eks -prezidenti bu təklifə “yox” deyib. O, buna səbəbi kimi Ukrayna vətəndaşlığını qəbul edə bilməməsini göstərib. Yeni qanuna əsasən Ukrayna hökumətində vəzifə tutan şəxs avtomatik olaraq öz ölkəsinin vətəndaşlığından imtina etməlidir. Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edə bilməyəcəyini bildirib və “hər kəsin həyatda öz missiyası var”, - deyə yeni hökumətə uğurlar arzulayıb.
Baş nazirin 1-ci müavini vəzifəsinə isə Amerika Dövlər Departamentinin keçmiş əməkdaşı, “Horison Capital” investisiya şirkətinin həmtəsisçisi Natalya Yaresko iddialıdır. Biznesmen xanım son 20 ilini Ukraynada yaşasa da, Amerika vətəndaşıdır.
Poroşenko hakimiyyəi əcnəbi vətəndaşlara – keçmiş nazirlərə, biznesmenlərə yeni hökumətdə yer verməklə ölkədəki kadr böhranının öhdəsindən gəlməyə və əksər dövlət orqanlarının içinə hoppmuş korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün atdıqlarını bildirib. Bu təyinatların nə dərəcədə doğru olub-olmadığını isə zaman göstərəck.
Modern.az