Modern.az

Alman qəzetindən qorxulu iddia: “Əl-Qaidə” Avropanın beş böyük şəhərini dağıdacaq

Alman qəzetindən qorxulu iddia: “Əl-Qaidə” Avropanın beş böyük şəhərini dağıdacaq

Təhsil

2 Dekabr 2014, 14:59


Almaniyanın “Express” qəzetinin İngiltərənin kəşfiyyat qaynaqlarına söykənərək verdiyi xəbərə görə, “Əl-Qaidə” terror təşkilatı Avropanın beş böyük şəhərinə 11 sentyabra bənzər bir bombalı hücuma hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, xəbərdə bir hava limanının təhlükəsizlik işçisinin “Bizə miladdan əvvəl beş sərnişin təyyarəsi ilə hücum ediləcəyi deyildi” ifadəsi yer alıb. Hücum planlarının təxminən iki aydır üzə çıxdığı vurğulanıb. 

Təhlükəsizlik güclərinin təhdidi çox ciddi qəbul etdiyi və narahatlıq keçirdiyi vurğulanarkən, bombaların əl baqajı ilə təyyarələrə yüklənə biləcəyi də gündəmə gəlib.

Xəbərə görə, təyyarələrə əl baqajı alınmasının qadağan edilməsi mövzusu müzakirə edilməyə başlanıb. Bu cür bir qadağanın təyyarə şirkətlərin tərəfindən qəbul edilməsinin çətinliyinə diqqəti çəkilib. Heç olmasa elektrik alətlərinin təyyarə salonlarına alınmamasının tətbiq edilməsi də gündəmə gələ bilər.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı