Modern.az

Qan donduran qətliam - FOTOLAR

Qan donduran qətliam - FOTOLAR

Təhsil

2 Dekabr 2014, 20:55

Keniyada qan donduran bir qətliam baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daş karxanasında çalışan 36 fəhlə məhz xristian olduqları üçün faciəli şəkildə öldürülüb. Rəsmilər hücumun terror təşkilatı “El Şebab” tərəfindən həyata keçirildiyini açıqlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi 36 cansız bədənin Keniyanın Mandera şəhərinin sərhədindən 15 kilometr uzaqlıqdakı Kormey kəndindəki bir daş karxanasında olduğunu bildirib. Bəzi qurbanların daş karxanasındakı çadırlarda yatarkən vurulduqları bildirilir.
“Reuters” agentliyinə danışan bir şahid qurbanlardan dördünün başının kəsildiyini deyib. Rəsmi şəxslərin sözlərinə görə, təxminən 20 silahlı soyğunçu karxanadakı işçi qrupunu hədəfə alıb. Bura “El Şebab” yaraqlılarının tez-tez hücum təşkil etdiyi bölgələrin ilk sırasındadır. “El Şebab” yaraqlıları ötən ay da Keniyada bir avtobusu pusquya salaraq 28 nəfəri öldürüb.








Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı