Modern.az

Bakıda təkrar intihara cəhd edən şəxs yenə xilas edilib

Bakıda təkrar intihara cəhd edən şəxs yenə xilas edilib

Təhsil

2 Dekabr 2014, 22:07
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq  özünü atmaqla hədələyib. Modern.az APA-ya istinadən xəbər verir ki, körpüdən özünü atmaq istəyən şəxs noyabrın 12-dən 13-nə keçən gecə də eyni cəhdi etmiş Bakı sakini Zamiq İbrahimovdur.

Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.  Z. İbrahimov qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub. 

Özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılıb.

Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. İntihara cəhd edən Zamiq İbrahimovla  apardığı danışıqlar öz nəticəsini verib. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Bakıda müvəqqəti yaşayan Zamiq İbrahimov xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı