Modern.az

Azərbaycan DİN-də yeni kadr təyinatları olub

Azərbaycan DİN-də yeni kadr təyinatları olub

Təhsil

3 Dekabr 2014, 09:48


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub.

Nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib.

Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib.

R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib.(Report.az)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz