Modern.az

Ağ Ev Putinin “Cənub axını”ndan imtinasının səbəblərini AÇIQLADI

Ağ Ev Putinin “Cənub axını”ndan imtinasının səbəblərini AÇIQLADI

Təhsil

3 Dekabr 2014, 10:23


Rusiya prezidenti Vladimir Putinin rəsmi Moskvanın “Cənub axını” qaz layihəsindən imtina etməsi barədə verdiyi açıqlama iki gündür dünya siyasi dairələrinin əsas müzakirələrindən birinə çevrilib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə ABŞ hökuməti də Rusiyanın “Cənub axını”ndan imtina etməsinə münasibətini açıqlayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Stroks bildirib ki, Vladimir Putinin sözügedən qaz layihəsini reallaşdıra bilməməsi Qərb dairələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticəsidir. Onun sözlərinə görə Avropa ölkələri Rusiyanın qazla bağlı etdiyi səyləri azaltmağı qarşısına məqsəd qoyub.  

Qeyd edək ki, dekabrın 1-də Türkiyədə səfərdə olan Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya “Cənub axını” layihəsini reallaşdıra bilmir. Rusiya lideri buna səbəb kimi, Bolqarıstan hökumətinin bu ölkədə boru xətti tikməyə imkan verməməsini göstərib. Putin həmçinin Avropa Birliyini də məsələ ilə  qeyri-konstruktiv mövqe tutmaqda ittiham edib.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı