Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əvvəlcədən verdiyi hava haqqında proqnozlar artıq 2 gündür özünü doğruldur. Dekabr ayının ilk günlərindən ölkə ərazisində müşayiət olunan nisbətən mülayim hava şəraiti dünən axşamdan başlayaraq kəskin dəyişib və bəzi bölgələrə qar yağıb. Bölgələrdə hazırda hava şəraitinin necə olduğunu öyrənmək üçün Modern.az yerli icra hakimiyyətləri ilə əlaqə saxlayıb.
Qusar rayon İcra Hakimiyyəti başçısının köməkçisi Marina Ağamalıyeva bildirib ki, qar yağsa da, heç bir problem yoxdur: “Hazırda Qubada gecədən başlayan qar yağmaqda davam edir, hava həm də dumanlıdır. Buna baxmayaraq, yollar açıqdır, gediş-gəlişdə hər hansı problem yoxdur. Əhalinin işıq, qaz, su kimi problemləri də yoxdur”.Quba rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Arif Yusifov da hazırda qar yağdığını deyib: “Lopa-lopa qar yağır, təmiz hava, yollarımız açıq, insanlarımızın da hər hansı problemi yoxdur”.
Yardımlı rayon İcra Hakimiyyətinin əməkdaşı Aqşin Famiyev rayonda kəskin soyuq olduğunu vurğulayıb: “Qar yağıb, hava soyuqdur, buna baxmayaraq, əhalinin yaşayışı ilə bağlı hər hansı narahatlıq məqamları yoxdur”.
Gülşən RAUFQIZI