Modern.az

Arif Hacılının müavini: “Qubad İbadoğlunun yaratdığı hərəkat qeyri-ciddidir”

Arif Hacılının müavini: “Qubad İbadoğlunun yaratdığı hərəkat qeyri-ciddidir”

Təhsil

3 Dekabr 2014, 12:03


“Hərəkatı istənilən şəxs yarada bilər. Problem yoxdur. Lakin bunun partiyaya  aidiyyatı yoxdur”.

Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Səxavət Soltanlı deyib. O, Müsavat Partiyasının üzvü Qubad İbadoğlunun yaratdığı  “Azərbaycan Demokratiya və Rifah” hərəkatı ilə bağlı məsələyə  münasibət bildirərkən qeyd edib ki,  bu başqa bir partiyanın yaranması demək deyil.  

“Müsavat partiyasının üzvü  heç bir başqa siyasi partiyanın üzvü ola bilməz. Bu sadəcə  hərəkatdır. İctimai fəaliyyətlə məşğul olacaqlar. Yeni yaranan hərəkatın daxilində müsavatçı olmayan insanlar da var. Əslində bizə məlum deyil ki,  onların fəaliyyəti nə  ilə bağlı olacaq. Mənə qaranlıq qalan məqam isə  bir həftə əvvəl  iki nəfərin başqa bir təşkilat yaratmalarıdır. İndi bu hərəkatın yaradılması  mənə qeyri-ciddi gəldi.    

Qeyd edirəm ki, bu  fraksiya deyil.  Adil Qeybulla, Səxavət Əlisoy  bundan qabaq da hərəkat yaradıblar. Partiya daxilində bir neçə  hərəkat yaratmaq olar, bu problem  deyil”.

Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu yeni hərəkat yaratdığını və onun bəyannaməsini mətbuata açıqlayıb.             

Məltəm Talıbzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı