Modern.az

Rektor tələbələrin problemlərinin həlli üçün tapşırıqlar verdi

Rektor tələbələrin problemlərinin həlli üçün tapşırıqlar verdi

Təhsil

3 Dekabr 2014, 12:11

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU)  rektoru, akademik Əhliman Əmiraslanovun tələbələrlə görüşü baş tutub. ATU-dan Modern.az-a verilən məlumata görə, görüşün məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək, bəzi problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaqdan ibarət olub. Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və  müəllimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor yüksək ixtisaslı həkim kadrların hazırlanması məqsədilə son illər universitetdə görülən işlərdən danışaraq qeyd etdi ki, artıq bütün klinik kafedralar  tələbələr üçün inşa edilib, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmlənib. Rektor vurğulayıb ki, həm tədris terapevtik, həm də tədris cərrahiyyə klinikalarında təcrübi vərdişlərə yiyələnmək üçün təşkil olunmuş treyninq mərkəzləri tələbələrin istifadəsindədir. Ə.Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildirib ki, artıq 4 ildir ki, universitetdə obyektivliyi tam qorumaq məqsədilə  imtahanlar  insan faktoru olmadan, bilgisayarlar vasitəsilə aparılır.

Sonra tələbələr çıxış edərək Rektorun onlarla görüşə vaxt ayırdığına görə minnətdar olduqlarını və universitetdə tələbələrin yüksək biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Tələbələr onları maraqlandıran sualları birbaşa Rektora ünvanlandırmaqla yanaşı, bəzi dərsliklərin həcminin çoxluğu, sərbəst işlərə çox vaxt sərf edilməsi kimi problemləri dilə gətiriblər. Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq qeyd edilən problemlərin həlli üçün tapşırıqlar verib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı