Modern.az

İran İraqı bombalayır – İDDİA

İran İraqı bombalayır – İDDİA

Təhsil

3 Dekabr 2014, 12:23


Son günlər İran İraqın şərq ərazilərindəki İŞİD  obyektlərinə qarşı hərbi hava zərbələri həyata keçirir. Modern.az BBC-yə  istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri məlumat verib.

Amma buna baxmayaraq İranın ABŞ-la birgə İŞİD-ə qarşı hərbi əməliyyatlar aparmasının mümkünsüzlüyü də vurğulanıb.

Hətta İranın yüksək rütbəli hərbçisinin İŞİD-ə qarşı  mübarizədə ABŞ-la əməkdaşlığa getməsi barədə müzakirə təklifini  rədd etdiyi də  bildirilib.

Amma bəzi Qərb KİV-nin yazdığına görə ABŞ İranla birgə İŞİD-ə  aviazərbələr endirir. ABŞ müdafiə nazirliyinin sözçüsü Adam Con Kibri isə yayılan məlumatların həqiqət olmadığını bildirib: “Bizim İranla hərbi sahədə fəaliyyətimizin əlaqələndirilməsi o demək deyil ki, ABŞ-ın İrana qarşı siyasəti dəyişib”.

İranın  Suriyanın şərq, İraqın şimal və qərb massivlərini ələ keçirən İŞİD-ə qarşı mübarizə aparan İraq hökuməti ilə sıx əməkdaşlıq etdiyi deyilir. Lakin iraqlı general-mayor Məsud Cəzairi İranla əməkdaşlıq etdikləri haqqındakı xəbərləri təkzib edib.

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı