
“Qubad İbadoğlunun ictimai təşkilat yaratması yenilik deyil. İşçi qrupu yaranan gündən Qubad İbadoğlu və tərəfdarları fraksiya ilə bərabər, həm də ictimai hərəkat yaratmaq istəyirdilər. Lakin mən və tərəfdarlarım bu hərəkatda olmayacağıq”.
Bunu Modern.az saytına Müsavat Partiyasının Məclis üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı Qubad İbadoğlunun yaratdığı yeni hərəkatdan danışarkən deyib.
Onun sözlərinə görə, hərəkatda təmsil olunan insanlar fraksiya yaranarsa, orada da təmsil olunacaqlar:
“Bu gün işçi qrupunun iclasında fraksiyanın yaradılması istiqamətində müzakirələr aparılacaq. “Azərbaycan Demokratiya və Rifah” hərəkatının elan edilməsi fraksiyanın yaranmasına və partiyanın fəaliyyətinə heç bir ziyan verməyəcək”.
Tural Abbaslı deyib ki, o, və tərəfdarları yalnız fraksiya çərçivəsində Qubad İbadoğlu ilə əməkdaşlıq edə bilərlər.
Məltəm TALIBZADƏ