Modern.az

"Qurban Qurbanov milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm Vəli”

"Qurban Qurbanov milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm Vəli”

Təhsil

3 Dekabr 2014, 13:55

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməməsinə münasibət bildirib.

Qol.Az-ın xəbərinə görə, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən mətbuat konfransında o deyib ki, Q.Qurbanov milliyə baş məşqçi təyin olunsaydı, həm Əli aşından olacaqdı, həm Vəli.

“O vaxt onu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq” – deyə R.Abdullayev bildirib. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz