Modern.az

Depardye Belçikada biabır oldu - VİDEO

Depardye Belçikada biabır oldu - VİDEO

Təhsil

3 Dekabr 2014, 14:37

65 yaşlı fransız aktyor Jerar Depardye Belçikada biabır olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı tanınmış aktyor birinci dünya müharibəsinə həsr olunan tamaşanı gedişini pozub.

Məlumatda qeyd edilir ki, ötən bazar günü axşam aktyor Fransada Holokostla üzləşdikdən sonra yaşayanlara həsr olunan fransalı şair-müğənninin şerini deməli idi. Aktyor səhnəyə çıxıb və bir neçə saniyə sonra mətndə söyləyəcəyi hissəni itirib, lətifə danışmağa və senzuradan kənar ifadələr işlətməyə başlayıb.

Tamaşaçıların bəziləri aktyoru alqışlayıblar, ancaq əksəriyyət təəccüblə səhnəyə baxıb. Məlum olub ki, Depardye sözün həqiqi mənasında içkili olub. O, eyni fikri bir neçə dəfə təkrarlayır, mətndən tez-tez kənara çıxırmış.

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı