Belçikanın paytaxtı Brüsseldə anti-İŞİD koalisiyasına üzv dövlətləri yüksək səviyyəli iclası keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya üzvləri daxil olmaqla, təxminən 60 dövlətin xarici işlər nazirləri NATO qərargahında toplaşıblar. Əsas mövzu İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi olub. ABŞ-ın dövlət katibi Con Kerri iclasda çıxış edərək bəzi fikirlər səsləndirib.
O bəyan edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyanın mübarizəsi illərlə davam edə bilər. Görüşdə İran hərbi hava qüvvələrinin İraqın Diyala əyalətinə zərbələr endirməsindən də danışılıb.
ABŞ dövlət katibi NATO-da çıxışı zamanı müxtəlif koalisiya qüvvələrinin güclü olmasını əsas gətirib. Con Kerri qeyd edib ki, İŞİD bütün ölkələrin maraqlarına təhlükədir:
“İŞİD Suriya və İraqın böyük hissəsinə nəzarət edir. İslam dininin sünni qolunun sərt qaydalarının tətbiqi nəticəsində nə qədər günahsız insan təqiblərə məruz qalmış və öldürülüb”.
Müzakirələrdə İraqın Baş Naziri Heydər əl-Abadi, Avropa və Ərəb ölkələrindən olan nümayəndələr iştirak edib.
Namidə Bingöl