Modern.az

Millət vəkili Prezident təqüdü alan tələbələrlə görüşdü - FOTO

Millət vəkili Prezident təqüdü alan tələbələrlə görüşdü - FOTO

Təhsil

3 Dekabr 2014, 16:30

Bu gün, millət vəkili Çingiz Qənizadə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında Prezident təqaüdçüsü  olan 50 nəfərə yaxın tələbə ilə görüş keçirib. Həmin görüş Prezident təqaüdü alan tələbələrin təşəbbüsü ilə təşkil edilib. 

Modern.az xəbər verir ki, Ç.Qənizadə tələbələr qarşısında çıxış edərək Milli Məclisin fəaliyyəti, qanunvericilik qaydaları, qəbul edilmiş bir çox qanunlar, qanunlara edilmiş əlavə və dəyişikliklər haqqında və s. barədə ətraflı məlumat verib, bəzi qanunlarda olan boşluqların aradan qaldırılması istiqamətində parlamentarilərin mütəmadi olaraq qanunverici təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

Sonra isə millət vəkili tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.



Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı