Modern.az

“Bu növbəti ədalətsizlikdir” - Siyavuş Novruzov konqesmenlərin hərəkətindən danışdı

“Bu növbəti ədalətsizlikdir” - Siyavuş Novruzov konqesmenlərin hərəkətindən danışdı

Təhsil

3 Dekabr 2014, 16:36


ABŞ Konqresində “Dağlıq Qarabağ Respublikası” parlamentinin spikeri Aşot Qulyanın iştirakı ilə separatçı rejimin elan etdiyi qondarma respublikanın 23 illiyi qeyd olunub.

YAP-ın icra katibinin müavini, deputat Səyavuş Novruzov Modern.az-a açıqlamasında belə bir addımın atılmasının yolverilməz olduğunu söyləyib:

“ABŞ Qarabağ  münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu səbəbdən mütləq bu cür məsələlərdə obyektivliyi təmin etməlidir. Çünki Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb. ABŞ da bunu dəfələrlə dəstəkləyib. O cümlədən, Avropada da Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar müxtəlif qətnamələr qəbul olunub. Bütün bunlara məhəl qoyulmadan ABŞ Konqresində belə bir tədbirin keçirilməsi bilavasitə erməni lobbisinin təsirinin  nəticəsidir. Təbii ki, bunu oradakı ermənipərəst konqresmenlərin təşkil etdiyi tədbir kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu, qəti şəkildə yolverilməzdir. Bu həm Konqres, həm də bir qrup konqresmen tərəfindən növbəti bir ədalətsizlikdir. Bu həm də dövlətin apardığı siyasətin əleyhinə atılan addımdır”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı