
Yəmənin paytaxtı Sanadakı İran İslam Respublikasının səfirliyinin binasına bomba yüklənən avtomobillə hücum təşkil edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlama baş verən yerdə böyük bir dəlik meydana gələrkən, şahidlər bu qədər yaxşı qorunan diplomatik iqamətgaha belə bir hücum təşkil edilməsinin çaşdırıcı olduğunu söyləyiblər.
Hadisə yerindəki bir səhiyyə məmuru üç cəsəd saydığını və ən az üç yaralının bölgədən uzaqlaşdırıldığını bildirib. Hadisə yerindəki bir əsgər isə Yəmən və İrandan olan təhlükəsizlik personalının həyatını itirdiyini söyləyib. Yəmənin Daxili İşlər Nazirliyi isə səfirin mühafiəçisinin oğlunun həyatını itirdiyini bildirib. Hücumda 17 adamın yaralandığı və bunların çoxunun yaxındakı Neft Nazirliyində çalışanların olduğu iddia edilib.
İran səfirinin isə hücumdan yalnız 10 dəqiqə əvvəl iqamətgahdan ayrıldığı və bu səbəbdən hücum zamanı yaralanmadığı məlum olub.
Hücumu kimin təşkil etdiyi hələ ki açıqlanmır. Ancaq mütəxəssislər, bombalamanın xüsusiyyətinə baxılaraq hücumun arxasında “Əl-Qaidə” terror təşkilatının ola biləcəyini, təşkilatın son dövrdə ərəb yarımadasındakı dövlət və orduya aid binalarla siə müsəlmanları hədəf aldığını söyləyiblər.
Modern.az