Modern.az

İsraildə növbədənkənar parlament seçkisinin vaxtı açıqlandı

İsraildə növbədənkənar parlament seçkisinin vaxtı açıqlandı

Təhsil

3 Dekabr 2014, 20:00

İsraildə növbədənkənar parlament seçkilərə 2015-ci il martın 17-də keçiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı İsrail parlamentarları dekabrın 3-də qəbul ediblər. Xatırladaq ki, baş nazir Benyamin Netanyahu dünən mərkəzçi partiyadan olan Yaira Lapid və Tsipi Livnanın nazir vəzifələrindən istefaya göndərib. Knessetin (parlamentin) spikeri Yuliy Edelşteyn bu gün tezdən parlament fraksiyalarının rəhbərlərini yığaraq növbədənkənar seçkilərin vaxtını müəyyənləşdirib. Məsləhətləşmələrdən sonra parlament günün ikinci yarısında 20-ci çağırış Knessertin buraxılması haqqında qanun layihəsi hazırlanıb.

Benyamin Netanyahunun növbədənkənar seçkilərdən sonra da baş nazir postunda qalacağı gözlənilir. Çünki yəhudi ölkəsində onun alternativinin hələ ki olmadığı bildirilir. İsrailin indiki 33-cü hökuməti 2 ildən az müddətdə fəaliyyət göstərib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı