Ukrayna Ali Radasının “Azadlıq” fraksiyasından olan deputatları Kommunist Partiyasına və onun ideologiyasına qadağa qoyulmasını təklif ediblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bununla bağlı qanun layihəsi dekabrın 3-də parlamentin saytında yerləşdirilib. Ali Radaya keçirilən növbədənkənar seçkilərdə Kommunist Partiyası baryeri keçə bilməyib. Beləliklə, yeni Ali Rada Ukraynada kommunistlərsiz ilk parlament olacaq. Əvvəl verilən xəbərə görə, yeni parlament koalisiyası kommunist, faşist, millətçi və Ukrayna əleyhinə təbliğat aparan ideologiyalı təşkilatlara qadağa qoymaq niyyətindədir. Koalisiya razılaşmasında da bu müddəa öz əksini tapıb.
Bir müddət əvvəl Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib ki, Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyüqanov və Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Ukrayna Kommunist Partiyası vasitəsilə Donbasdakı terrorçulara maddi yardım göstərib.
Modern.az