Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla bağlı sensasion açıqlama verib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, hökumət rəsmisi NTV-nin canlı yayımında “kürd açılımı” ilə bağlı sualları cavablandırarkən Abdulla Öcalanın əsl lider olduğunu vurğulayıb. O, PKK liderinin kürd probleminin həll edilməsində əhəmiyyətli rolunu olduğunu diqqətə çatıdırıb:
“Abdulla Öcalan əsl liderdir. Ona nəsə verilməsinə ehtiyac yoxdur, özü-özünü xarizmatik vəziyyətə gətirir. Öcalanın çox geniş prestij sahəsi var. O dünya miqyasında böyük bir problemin daşıyıcısı, lideridir. Bu problemi həll edə biləcəksə, Öcalan tarixə düşəcək”,-deyə Etyen Mahçupyan bildirib.Qeyd edək ki, əvvəllər jurnalist işləyən Etyen Mahçupyan “Aqil insanlar”ın iclasında baş nazir Əhməd Davudoğlunun ona müşavirlik vəzifəsini təklif etməsini böyük məmnuniyyətlə qəbul edib.
Aqşin Kərimov