Modern.az

Minskdə sürücünü və sərnişinləri döyən azərbaycanlılar həbs olunub

Minskdə sürücünü və sərnişinləri döyən azərbaycanlılar həbs olunub

Təhsil

4 Dekabr 2014, 10:36

Belarusun paytaxtı Minsk şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib. Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, Minskin Pervomaysk rayonunun Kedışko küçəsində hərəkət edən marşrut avtobusunda baş verən mübahisə zamanı 11 nəfər Azərbaycan vətəndaşı avtobus sürücüsünü və daha 3 sərnişin döyüblər.

Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işinə başlayan Belarus polisi 3 nəfər azərbaycanlını artıq həbs edib. Amma onların adları açıqlanmayıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...