Modern.az

Çeçenistanda qanlı döyüş: 7 mücahid və 5 polis öldürülüb - VİDEO

Çeçenistanda qanlı döyüş: 7 mücahid və 5 polis öldürülüb - VİDEO

Təhsil

4 Dekabr 2014, 11:09



Çeçenistanın mərkəzi Qroznı şəhərində ötən gecədən başlayan qanlı döyüşlər bu saatlarda başa çatıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qroznı şəhərinin mərkəzindəki “Çap Evi”ni ələ keçirən mücahidlər yerli təhlükəsizlik qüvvələrinə ciddi müqavimət göstəriblər.

Çeçenistanın rəhbəri Ramzan Kadırovun başçılıq etdiyi xüsusi əməliyyat qrupu “Çap Evi”ni azad etmək üçün apardıqları bir neçə saaatlıq əməliyyatdan sonra binadakı bütün 7 mücahidi məhv ediblər. Bu zaman 5 polis işçisi də həlak olub.

“İtlər it kimi gəbərdi”, - deyə Kadırov əməliyatın nəticələri ilə bağlı öz İnstagram səhifəsində xəbər paylaşıb.

“Çap Evi”nin binası isə döyüşlər zamanı tamailə dağıdılıb. Ramzan Kadırov binanın yerində daha müasirinin tikiləcəyini söz verib.

 



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı