
Ötən gecədən başlayaraq Çeçenistanın paytaxtı Qroznıya hücum həyata keçirən çeçen mücahidləri sosial şəbəkələrdən birində hücum əməliyyatının videosunu yayıblar. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, videoda mücahidlər intiqam əməliyyatı gerçəkləşdirdiklərini və itki vermədiklərini bildiriblər:
“Biz Cövhərqala (Qroznı) şəhərinə Əmir Həmzətin (mərhum Doku Umarovun sağ əli) əmri ilə daxil olmuşuq. Hazırda döyüşlər gedir... Şəhərə çoxlu mücahid daxil olub. Bu hücum müsəlman qadınlarını, bizim bacıları təqib etdiklərinə görə mürtədlərdən aldığımız qisasdır. Bu intiqam, şəhid əməliyyatıdır və biz sona qədər vuruşacayıq”.
Bundan başqa, mücahidlər çoxlu hərbi maşın və canlı qüvvəni məhv ediklərini idida ediblər.
Xatırladaq ki, gecə saatlarından başlayan döyüşlərdə 7 mücahid və 5 polis əməkdaşı həlak olub. Qroznıdakı məktəblərtdnə birində mövqe tutmuş azsaylı mücahid qrupu ilə döyüşlər isə hələ də davam edir.