Modern.az

Milli Məclisdə "HİV haqqında" qanunun monitorinqi ilə bağlı dinləmələr keçirilir

Milli Məclisdə "HİV haqqında" qanunun monitorinqi ilə bağlı dinləmələr keçirilir

Təhsil

4 Dekabr 2014, 11:57


Milli Məclisin Sosial siyasət komitəsində dinləmələr keçirilir. Modern.az saytının verdiyi xəbərə görə dinləmələr BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə Milli Məclisdə " İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlıdır.  

İclasda çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli qanunverici orqan tərəfindən qəbul olunan qanunların monitorinqi və bununla bağlı ictimai dinləmələrin təşkil olunmasının artıq ənənə halını aldığını bildirib.  

Onun sözlərinə görə, bu monitorinqlər, ictimai dinləmər vasitəsi ilə qəbul edilən qanunlar günün reallıqlarına uyğun olduğunu görmək, eyni zamanda, hansısa noqsanlar varsa, onları müəyyənləşdirmək, hansısa boşluqlar varsa, onları doldurmaqdan ötrüdür.

"Əslində burada son məqsəd Azərbaycan əhalisinin sosial müdafiəsini bir az da gücləndirməkdir. Bunun özü də cənab Prezidentin istəyindən və tələbindən irəli gəlir",-deyə komitə sədri söyləyib.  

H. Rəcəbli bildirib ki, HİV-lə bağlı qanunun qəbulu uzun müddət çəkib:  

"Biz bu qanunu xeyli müzakirə etdikdən sonra qəbul etdik. Onu da deyim ki, postsovet məkanında ilk olaraq Azərbaycanda belə bir qanun qəbul olunub. Sonradan bu qanuna bəzi əlavələr və dəyişikliklər edilməsi zərurəti ortaya çıxdı.   

Ancaq biz belə qərara gəldik ki, tam yeniləşdirilmiş qanun layihəsi hazırlayaq və qəbul edək. Məhz belə də oldu. Yeri gəlmişkən xatırladım ki, bu qanun 2010-cu ilin iyun ayının 18-də Avstriyanın paytaxtı Vyana şəhərində 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarıldı və o, model qanun kimi bəyənildi".

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı