Türkiyənin xarici işlər naziri növbəti dəfə Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələdən danışıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN başçısı Roma Papası Fransiskin Ermənistanla sərhədlərin açılması ilə bağlı çağırışına münasibət bildirib.
Brüsselə gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu deyib ki, Türkiyə özü də Ermənistanla sərhədlərin açılmasını istəyir:
“Türkiyə bununla bağlı addımlar atır, amma Ermənistan buna cavab vermir. Bizim tərəfdən uzadılan əl havada qalır”,-deyə Türkiyə XİN rəhbəri söyləyib.
Qeyd edək ki, Roma Papası Fransisk Türkiyə-Ermənistan sərhədinin açılmasının çox gözəl addım olacağını vurğulayıb.
Aqşin Kərimov