Modern.az

“Erməni xalqı Sarkisyanın istefasını təkidlə tələb edir”

“Erməni xalqı Sarkisyanın istefasını təkidlə tələb edir”

Təhsil

4 Dekabr 2014, 13:40

“Prezident Serj Sarkisyanın yürütdüyü uğursuz daxili və xarici siyasətə qarşı baş qaldıran etiraz dalğası bütün ölkəni cənginə alıb. Parlament binası qarşısında nümayişlər keçirilib. Aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına etiraz ediblər”. Modern.az xəbər verir ki, bunuBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, nümayişçilərin əksəriyyəti ölkənin müxalifət partiyalarının üzvləri olub. Aksiyada iştirak edən müxalifət liderlərindən biri "Milli Özünütəyin Birliyi” partiyasının sədri Paruyr Ayrikyan bildirib ki, ölkəni Aİİ-yə sürükləyən insanları ruhi dispanserə yerləşdirməlidirlər: "Ermənistanın birliyə qatılmasını təsdiqləyənlər gələcək nəsillərə belə bir ismarıc qoyub gedə bilərlər ki, səs verərkən onlar sadəcə "uzunqulaq” olublar. Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz”.

Parlament üzvlərinə ünvanladıqları məktubda aksiya iştirakçıları deputatları Ermənistanın Putinin layihəsinə qarşı çıxmağa çağırıblar.

İrəvan aksiyalarının pərdə arxası olaylarını şərh edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov mətbuata açıqlamasında bildirib ki, Ermənistanın vəziyyəti çox çətindi. "Kütləvi etirazlar gözlənilən idi. Sarkisyan rejimi uzun zamandır ki, əhalini səfalət girdabında boğur. O, ölkəsini siyasi dəyənəyə çevirib”.

BMAM sədri hesab edir ki, Sarkisyanı hakimiyyətə gətirən sabiq prezident Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır: "Ölkədəki bütün siyasi təşkilatlar və siyasi qüvvələr bu cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır. Xalq Sarkisyanın istefasını təkidlə tələb edir”.

Bununla yanaşı, Rufiz Qonaqov  düşünür ki, hazırkı rəhbərin devrilməsi asan başa gəlməyəcək: "Onun hakimiyyətdən getməsi üçün ermənilər daha sərt hərəkatlara başlamalıdır. Hazırkı durumla barışmalı deyillər. Keçirilən sorğulardan aydınca məlum olur ki, bədnamlar bu oyunlardan yorulub”.

Sarkisyanın devrilməsini çətin edən məsələyə gəlincə, Rufiz Qonaqov vurğulayıb ki, ölkədə silahlı qüvvələrə nəzarəti onun özü yerinə yetirir: "Xatırlayırsınızsa, bir müddət əvvəl Sarkisyanın hakimiyyətə gəlməsi üçün xalq güllə-baran olundu. Seçkilərdə Sarkisyan xalqın etimadını qazanmamışdı. Belə bir vəziyyətdə xalqın üstünə silah çəkərək cinayətkarın hakimiyyətini qoruyub, saxladılar. Söhbət ondan gedir ki, amansız rejim əlindəki ordu birləşmələrindən öz xalqına qarşı hər zaman istifadə edə bilər. Sarkisyan buna güvənir. Xalqın daha geniş təbəqələrinin etirazları hər tərəfi bürüdükcə, indiki rejim üçün daha ağır vəziyyət yaranacaq”. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı