Modern.az

İŞİD Avropadakı fahişəxanaları işlədir

İŞİD Avropadakı fahişəxanaları işlədir

Təhsil

4 Dekabr 2014, 14:43

“İraq Şam İslam Dövləti” (İŞİD)  terror təşkilatı ilə əlaqədar yeni bir iddia gündəmə gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddiaya görə təşkilat Orta Şərqdə qaçırıb təcavüz etdikləri qadınları Avropadakı fahişəxanalara satır. Məlumatda qeyd edilir ki, həmin fahişəlik evlərini işlədənlər də cihadçı yaraqlılarla əlaqədə olmaq üçün Suriya və İraqa gedən avropalı qadınlardır.

İngiltərənin “Daily Mail” qəzetinin əməkdaşı Chris Greenvodun yazdığına görə İŞİD terror təşkilatı kürd və yezidi yüzlərlə qadını qaçırıb təcavüz etdikdən sonra Avropada fahişəlik evləri işlədən qadınlara təslim edir.  

Qəzetin ortaya çıxardığı hesabata görə, bir çox ingilis qadın İŞİD terrorçuları üçün fahişəlik evləri işlədir. Bu qadınların ayrıca Suriyada və İraqdakı İŞİD cihadçılarının gəlinləri olma xəyalı ilə Orta Şərqə gedən avropalı qadınlar olduğu da iddia edilir.  

Məqalədə qeyd edilir ki, bu ana qədər İŞİD yaraqlıları ilə əlaqədə olan 11-dən çox ingilis qadın müəyyən edilib.  

Modern.az 


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı