Modern.az

Yerevanda Sərkisyanın iqamətgahı mühasirəyə alınıb - FOTOLAR

 Yerevanda Sərkisyanın iqamətgahı mühasirəyə alınıb - FOTOLAR

Təhsil

4 Dekabr 2014, 15:53

Vaxti ilə SSRİ-nin ən böyük zavodlarından olan Yerevandakı “Nairit” zavodunun yüzlərlə işçisi prezident Serj Sərksiyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirir.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir neçə ildir fəaliyyətində ciddi problemlər yaranan zavodun işçiləri bu müddət ərzində yığılıb qalan maaşlarının ödənilməsini və işçi ixtisarlarına son verilməsini tələb edirlər. Zavodun işçilərə ümumlikdə 15 milyon dollar ödəməli olduğu bildirilir.

Zavod rəhbərliyi isə açıqlamasında kütləvi ixtisarlara hazırlaşdığını və yalnız 500-700 işçi ilə yeni müqavilə imzalayacaqlarını bildirib.

Zavod işçilərinin aksiyası bu saatlarda da davam edir.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı