
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin “Sabah” qəzeti Azərbaycanın ərazi bütövlüyünə kölgə salan yazı dərc edib. Qəzetin “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” adlı məqaləsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlık Karabağ Cumhuriyeti” kimi ayrlca subyekt kimi göstərilib.
Azərbaycan Prezidenti yanında QHT Şurası nəzdindəki Media İşçi Qrupu məqaləyə etiraz əlaməti olaraq “Sabah”ın rəhbərliyinə müraciət ünvanlayıb, qəzetin sözügedən məqaləsinin Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət etdiyini vurğulayıb.
Modern.az saytı ilə saxlayan Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, artıq “Sabah” qəzeti öz səhvini qismən düzəldib. Belə ki, qəzetin saytında yerləşdirilmiş məqalənin elektron variantına düzəliş edilərək, Dağlıq Qarabağdakı separatçı rejimin adı yazıdan çıxarılıb.
Modern.az